Axtarış
28 May küç., 9, Bakı, Azərbaycan
09:00 - 18:00

“Summer Story-2 “ International Summer School

May 17, 2018
“Summer Story-2 “ International Summer School

Əziz məktəblilər!

Yay tətilinizi səmərəli keçirmək istəyirsinizsə “HEDEF GLOBAL”a müraciət edin!

İngilis dilini bizimlə birlikdə əylənərək öyrənəcəksiniz!

Müstəqil şəkildə robot və müxtəlif qurğular hazırlaya biləcəksiniz!

Layihənin məqsədi:

Ekoloji cəhətdən təmiz və gözəl bir məkanda məktəblilərin əylənərək və istirahət edərək ingilis dilini öyrənməsinə köməklik göstərmək. Bundan əlavə layihə müddətində şagirdlər STEM haqqında ətraflı məlumat alacaq, özləri müstəqil şəkildə robot və müxtəlif qurğular hazırlaya biləcəklər.

Layihənin təşkilatçıları: HedefGlobal, Hədəf Liseyi

Layihənin həyata keçiriləcəyi məkan: Quba Tədris, İdman və İstirahət Kompleksi. (Quba rayonu, II Nügədi kəndi)

Layihənin həyata keçiriləcəyi tarix: 01 iyul- 07 iyul 2018-ci il

Layihəyə qoşula bilərlər: 12-17 yaş arası məktəblilər. (10-12 yaşlı məktəblilər xüsusi sorğu keçirildikdən sonra düşərgəyə qəbul oluna bilərlər)

Yay düşərgəsində istifadə olunacaq dil: İngilis dili

Düşərgə haqqında qısa məlumat:

  • Şagirdlər ingilis dili səviyyəsinə və yaşlarına görə 10 nəfərlik qruplara bölünəcək.
  • Hər qrupun 2 nəfər qrup rəhbəri, 1 nəfər müəllimi olacaq
  • İngilis dili dərsləri interaktiv metodlarla, oyunlarla tədris olunacaqdır
  • Şagirdlər 4 * otel şəraiti olan bir məkanda dincələcəklər
  • Hər bir şəraiti olan 2 nəfərlik otaqlar
  • Gündə 3 dəfə ekoloji cəhətdən təmiz və orqanik qidalanma
  • Çay, meyvə saatı
  • Əyləncəli oyunlar
  • Film saatı
  • Üzgüçülük, futbol, voleybol və digər idman oyunları
  • Rəqs dərsləri
  • Həftə sonu gəzintiləri
  • Dünya xalqlarının milli mədəniyyəti ilə tanışlıq
  • Lazım olacaq dərs və dəftərxana ləvazimatları ilə təminat
  • Nəqliyyat xərcləri
  • 24 saat həkim nəzarəti
  • Düşərgənin açılış və bağlanış mərasimi
  • Düşərgə sonunda sertifikatla təmin olunma