100 dəfə eşitməkdənsə 1 dəfə görmək kifayətdir deyirsinizsə, doğru ünvandasınız.
Ən sərfəli tur paketlərinin hazırlanmasını bizə həvalə edin. Təcrübələrimizdən qaynaqlanaraq sizə əyləncə dolu tətil təşkil etməkdən zövq alarıq. Minimum xərclərlə maksimum məkan gəzmək istəyirsinizsə turizm mərkəzimizə xoş gəldiniz. Kollektiv olaraq gəzməli, görməli yerləri kəşf edib sizə nümayiş etməkdən zövq alırıq.
Azərbaycan daxili və xarici turların təşkili, əlamətdar günlərdə xüsusi qiymətlərlə fəaliyyət göstərməkdəyik.
Gül festivalında Hollandiyada, pomidor festivalında isə İspaniyada olmaq yaddaşınızda hər zaman maraqlı xatirə kimi qalacaq.
Tələbə təqaüdü ilə gəzə biləcəyiniz səyahət turlarını təşkil etmək bizim üçün ayrıca zövqdür. Ən münasib hostel, uçuş bileti və ya traleybus. Fərq etmir. Əsas olan mühit və kollektivdir. İlk dəfə xaricə gedəcək olan gənclərin psixoloji hazırlanması, komplekslərdən azad olmaı üçün xüsusi təlim proqramları təşkil edirik.