Necə deyərlər neçə dil bilirsənsə o qədər insansan. Dil mərkəzimiz məhz çox dil öyrənməyə meyilli gəncləri bir arada toplayır. İnkişaf etməkdə olan qlobal dünyada vacib faktorlardan biri də ən azından bir xarici dil biliyinə sahib olmaqdır. Bu, xaricdən dəvət olunmuş müəllimlərlə düşündüyünüzdən də asan olacaq.
Həmçinin təcrübəsini artırmaq istəyən müəllimlər də xaricdə keçirilən dil təkminləşdirmə kurslarında yeni nəsl texnologiyaları ilə yeni metodlar öyrənə və təkminləşə biləcəklər.
Dil öyrənmək və təkminləşdirmək üçün nəzəri biliklər kifayət etmir. Bunun üçün mühit və praktika ən yaxşı vasitədir. Mərkəzimizdə daimi şəkildə kurslarla yanaşı yerli və xarici moderatorlar tərəfindən təşkil olunan danışıq kulubları da fəaliyyət göstərir.
Mərkəzimizdə bir çox xarici dil kursları tədris olunur. Mütəxxəsislərimiz sırf xaricdə təhsil almış və ya kurs keçmişlər.
İldə iki dəfə yay və qış xarici dil məktəbləri təşkil edirik. Həm əylənə, həm gəzə, həm də dil biliklərinizi inkişaf etdirəcəksiniz. Öyrənərək gəzəcəksiniz. Gəzərək dünya görüşünüzü artıracaqsınız.